Avropa Şurasının Baş katibi Ermənistan Parlamentinin sədri ilə Bakı-İrəvan sülh prosesini müzakirə edib
Avropa Şurasının Baş katibi Alen Berse Ermənistana səfəri çərçivəsində bu ölkənin parlamentinin sədri Alen Simonyanla Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri "X"də yazıb. Məlumata görə, görüş çərçivəsində Türkiyə-Ermənistan münasibətləri və digər bir sıra məsələlərə də diqqət çəkilib.
Xəbəri paylaş
Facebook-da paylaş
