Türkiyə Səfirliyinin mətbuat müşaviri Moderator.az-ın qonağı oldu


Bu gün Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan Moderator.az-ın qonağı olub.

Görüş əsnasında redaksiya heyəti və onun iş şəraiti ilə yaxından tanış olan Hüseyin Altınalan, Türkiyə-Azərbaycan münasibətləri, bu münasibətlərin bu günü və sabahı ilə bağlı fikirlərini dilə gətirib,  iki dövlət arasında bütün sahələrdə əlaqələri gücləndirməyin zəruriliyini vurğulayıb. Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluq duyduğunu bildirən H.Altınalan, bütövlükdə türk toplumları arasında münasibətləri inkişaf etdirmək, türk dünyasının özünəməxsus tarixi-mənəvi dəyərlər ətrafında daha sıx birləşməsini təmin etmək üçün daha sistemli fəaliyyətə ehtiyac duyduğunu qeyd edib.

Moderator.az-ın baş redaktoru Zülfüqar Hüseynzadə də iki qardaş dövlət arasındakı əlaqələrin tarixiliyinə diqqət çəkib, Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq münasibətlərinin belə fövqündə dayandığını vurğulayıb. Bununla yanaşı, Z.Hüseynzadə Türkiyə və Azərbaycan media orqanları arasında əlaqələri genişləndirməyi də zəruri hesab etdiyini bildirib.

 

Türkiyə səfirliyinin nümayəndələrinin redaksiyanı ziyarət etmələrindən mmnunluğunu dilə gətirən Z.Hüseynzadə, H.Altınalana öz yeni vəzifəsində müvəffəqiyyətlər arzulayıb.

Səmimi söhbət şəraitində keçən görüşün sonunda xatirə şəkli çəkilib.

  Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}