ABŞ-nin Gürcüstandakı səfiri vəzifəsini tərk edir


ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan öz istəyi ilə vəzifəsindən getmək istəyir.

Bu barədə "Şəffaflıq.az" diplomatik missiyanın sosial şəbəkələrdəki paylaşımına istinadən xəbər verir.

"ABŞ-ni təmsil edən diplomat olaraq 33 il işlədikdən sonra istefaya getmək qərarına gəldim", - o qeyd edib.

O bildirib ki, ABŞ-nin Gürcüstandakı səfiri kimi gördüyü işlərlə fəxr edir.

Diplomat iyulda postundan rəsmən gedənə qədər Vaşinqton və Tbilisi arasındakı əlaqələrin möhkəmləndirilməsi üzərində işləməyə davam edəcəyini vurğulayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}