Azərbaycanlı rəqqasə: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi" - FOTO
Bu sözləri Oxu.Az-a açıqlamasında oriental rəqslərin mahir ifaçısı Renka ləqəbi ilə şou-biznesdə tanınan Rəna Ağamuradova deyib. Şəhəri ələk-vələk edən cazibədar rəqqasəni ərəb qaçırmaq istəyib. “Bazarda idik, ərəblərdən biri əlimdən tutub mənə nəsə deməyə başladı. Ərəb dilini bilmədiyimdən, onun söylədiklərini anlamadım. Nədənsə, zənn edib ki, mən ərəbəm. Xoş sözlər söyləyib, məni qaçırmaq istəyirdi. Məni özünə, yəqin, beşinci həyat yoldaşı etmək istəyib (gülür)”, - deyə Renka bildirib. Mərakeşdə adrenalin dolu 12 gün keçirən Renkanı ərəb kişilər hədiyyə yağışına tutublar: Mərakeşə yeni fotosessiya və klip çəkilişi üçün getdim. Oralarla çox maraqlanırdım. Saxara səhrasına getdim, dəvələrlə çəkilişlərimiz oldu. Bu şəhərin hər bucağı Şərqdən xəbər verir. Bu səyahətimdən ləzzət və kef aldım”. Gözəlliyi ilə əks cinsin nümayəndələrinin diqqətini cəlb edən Ağamuradova üzləşdiyi təhlükə dolu hadisələri yada salıb, qorxu və həyəcan keçirdiyini dilə gətirib:
Facebook-da paylaş