Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı rəqqasə: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi" - FOTO
Azərbaycanlı rəqqasə: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi" - FOTO24-01-2020, 22:31 |
Mərakəş səfərim olduqca rəngarəng və maraqlı keçdi. Orada ərəb qadınları kimi geyinirdim. Hamı elə bilirdi ki, ərəbəm, arxamca düşüb tanış olmaq istəyirdilər. Müəlliməm mənə olan diqqəti görüb əlimdən tutub oradan qaçırdı. Bu sözləri Oxu.Az-a açıqlamasında oriental rəqslərin mahir ifaçısı Renka ləqəbi ilə şou-biznesdə tanınan Rəna Ağamuradova deyib. Şəhəri ələk-vələk edən cazibədar rəqqasəni ərəb qaçırmaq istəyib. “Bazarda idik, ərəblərdən biri əlimdən tutub mənə nəsə deməyə başladı. Ərəb dilini bilmədiyimdən, onun söylədiklərini anlamadım. Nədənsə, zənn edib ki, mən ərəbəm. Xoş sözlər söyləyib, məni qaçırmaq istəyirdi. Məni özünə, yəqin, beşinci həyat yoldaşı etmək istəyib (gülür)”, - deyə Renka bildirib. Mərakeşdə adrenalin dolu 12 gün keçirən Renkanı ərəb kişilər hədiyyə yağışına tutublar: “Deyirlər ki, Mərakeşdə gözəl qızlar çoxdur. Amma bu belə deyil. Qəşəng qız elə mən idim. Hansı mağazanın yanında durub, danışıb söhbət edirdimsə, satıcılar məni hədiyyə yağışına tuturdular. Hədiyyə ilə yanaşı, öz nömrələrini verənlər də az deyildi. Bolluca gəzdim, bahalı şəhər deyil. 12 günlük səfərim mənə beş min manata başa gəldi. Mərakeşə yeni fotosessiya və klip çəkilişi üçün getdim. Oralarla çox maraqlanırdım. Saxara səhrasına getdim, dəvələrlə çəkilişlərimiz oldu. Bu şəhərin hər bucağı Şərqdən xəbər verir. Bu səyahətimdən ləzzət və kef aldım”. Gözəlliyi ilə əks cinsin nümayəndələrinin diqqətini cəlb edən Ağamuradova üzləşdiyi təhlükə dolu hadisələri yada salıb, qorxu və həyəcan keçirdiyini dilə gətirib: “Mərakeş və Kasablankada oldum. Mərakeş şəhəri çox təhlükəlidir. Hər an orada oğurluqlar baş verir. Mənim çantamı da oğurlamaq istəyirdilər. Oğruların çoxu oğurluğu “moped”lə edirlər. Onlar yüksək sürətlə yanımdan keçərək çantamı götürmək istəyirdilər. Amma o anda çantamdan bərk yapışmışdım, buna rəğmən, əl çəkmədilər. Oğrular polisin işə qarışdığını gördükdə, çirkin əməllərindən vaz geçməli oldular. Kriminal hadisələr bu şəhərdən əksik deyil”.Geri qayıt |