Göyçayda kişi alça ağacından yıxılaraq ölüb
Göyçayda kişi bədbəxt hadisə nəticəsində ölüb. Şəffaflıq.az xəbər verir ki, Bığır kənd sakini, 1975-ci il təvəllüdlü Şirinov Müşfiq Kamal oğlu ağacdan alça yığarkən yıxılıb. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
