DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib
Futbol üzrə dünya çempionatında İspaniya Kabo Verde millisi ilə qarşılaşıb. Şəffaflıq.az-ın məlumatına görə, Atlanta stadionunda keçirilən H qrupunun matçında sürpriz nəticə qeydə alınıb. İspaniya millisinin üstünlüyü şəraitində keçən matçda hesab açılmayıb. Bununla da Kabo Verde seçməsi tarixində ilk dəfə qatıldığı dünya çmepionatında ilk xalını qazanıb. Qeyd edək ki, bu qrupun digər oyununda, saat 02:00-da Səudiyyə Ərəbistanı Uruqvayla qarşılaşacaq. Futbol üzrə dünya çempionatının İspaniya - Kabo Verde oyununda ikinci hissə başlayıb. "Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən H qrupunun matçında hesab açılmayıb. Qarşılaşmanın baş hakimi iordaniyalı FIFA referisi Adham Mahadmehdir. Futbol üzrə dünya çempionatının İspaniya - Kabo Verde oyununda ilk hissə yekunlaşıb. "Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən H qrupunun matçında fasiləyə qədər qapılara qol vurulmayıb. Qarşılaşmanın baş hakimi iordaniyalı FIFA referisi Adham Mahadmehdir. Futbol üzrə dünya çempionatının İspaniya - Kabo Verde oyunu başlayıb. "Report"un məlumatına görə, H qrupunun matçı Atlanta stadionunda keçirilir. Qarşılaşmanın baş hakimi iordaniyalı FIFA referisi Adham Mahadmehdir.
Facebook-da paylaş








