Azərbaycanın nəqliyyat xidmətləri balansında I rübdə 507 milyon dollarlıq profisit yaranıb
Bu ilin I rübündə Azərbaycanın nəqliyyat xidmətləri dövriyyəsinin dəyəri 1 milyard 330,35 milyon ABŞ dolları təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % çoxdur. Rüb ərzində nəqliyyat xidmətləri üzrə ixracın dəyəri 918,6 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 16,4 % çox) olmaqla 411,8 milyon dollarlıq (10,6 % az) idxalı üstələyib, nəticədə nəqliyyat xidmətləri üzrə 506,8 milyon ABŞ dolları (54,4% çox) profisit yaranıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








