Ramin Məmmədovun vətəndaş qəbulunun vaxtı dəyişib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun 18 iyun tarixində Lerik rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Komitədən bildirilib. Sədr iyunun 19-da Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da Lerik rayon Mədəniyyət Mərkəzində (ünvan: Lerik şəhəri, A.Əsədullayev küçəsi, 22) keçiriləcək. Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinə (əlaqə vasitələri: (050) 380 27 43, (025) 258 39 84, chairman@scara.gov.az, dk-lenkeran@scara.gov.az) müraciət etmələri xahiş olunur.
Facebook-da paylaş








