Premyer Liqa: Turun açılış oyununda "Sabah" "Şamaxı"nı məğlub edib
Misli Premyer Liqasında XXXIV tura start verilib. Şəffaflıq.az-ın məlumatına görə, açılış matçında "Sabah" "Şamaxı"nı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 3:1. Meydan sahiblərinin qollarını 12 və 72-ci dəqiqədə İqor Noqeyra, 90+3-cü dəqiqədə Pavol Safranko vurub. Qonaqlardan Leroy Mikels 26-cı dəqiqədə adını tabloya yazdırıb. Bu nəticədən sonra xallarının sayını 44-ə çatdıran "Sabah" beşinci pillədə qərarlaşıb, "Şamaxı" isə 36 xalla yeddinci sıradadır. Qeyd edək ki, tura mayın 11-də yekun vurulacaq.
Xəbəri paylaş
Facebook-da paylaş
