Əsas Səhifə > FUTBOL > Premyer Liqa: Turun açılış oyununda "Sabah" "Şamaxı"nı məğlub edib

Premyer Liqa: Turun açılış oyununda "Sabah" "Şamaxı"nı məğlub edib


9-05-2025, 21:14


Misli Premyer Liqasında XXXIV tura start verilib.

Şəffaflıq.az-ın məlumatına görə, açılış matçında "Sabah" "Şamaxı"nı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 3:1. Meydan sahiblərinin qollarını 12 və 72-ci dəqiqədə İqor Noqeyra, 90+3-cü dəqiqədə Pavol Safranko vurub.

Qonaqlardan Leroy Mikels 26-cı dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 44-ə çatdıran "Sabah" beşinci pillədə qərarlaşıb, "Şamaxı" isə 36 xalla yeddinci sıradadır.

Qeyd edək ki, tura mayın 11-də yekun vurulacaq.


Geri qayıt