Premyer Liqa: Turun açılış oyununda "Sabah" "Şamaxı"nı qəbul edəcək
Futbol üzrə Misli Premyer Liqasında XXXIV tura bu gün start veriləcək. Şəffaflıq.az-ın məlumatına görə, günün yeganə oyununda "Sabah" "Şamaxı"nı qəbul edəcək. “Bank Respublika Arena”dakı qarşılaşma saat 19:00-da başlayacaq. Paytaxt klubu 41 xalla beşinci, bölgə təmsilçisi 36 xalla yeddinci pillədə qərarlaşıb. Misli Premyer Liqası IV dövrə, XXXIV tur 9 may 19:00. “Sabah” – “Şamaxı” Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov. VAR: Rəvan Həmzəzadə. AVAR: Müslüm Əliyev. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Asif Əliyev. “Bank Respublika Arena” Qeyd edək ki, tura mayın 11-də yekun vurulacaq.
Xəbəri paylaş
Facebook-da paylaş
