Misli Premyer Liqasında XIV tura yekun vurulub.
Misli Premyer Liqasında XIV tura yekun vurulub. Şəffaflıq.az-ın məlumatına görə, turun bağlanış oyununda "Sumqayıt" doğma meydanda "Şamaxı"nı qəbul edib. Meydan sahiblərinin 2:1 hesabı ilə qələbə qazandığı matçda hesabı qonaqlar açıb. 26-cı dəqiqədə Leroy Mikels fərqlənib. Bununla belə, fasilə ərəfəsində "gənclik şəhəri" təmsilçisi "status-kvo"nu bərpa edib. Cordan Rezabala 45+1-ci dəqiqədə adını tabloya yazdırıb. Qarşılaşmada yekun nəticəni isə Rövlan Muradov müəyyənləşdirib. 78-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu komandasına 3 xal qazandırıb. Vaqif Cavadovun rəhbərlik etdiyi "Sumqayıt" 16 xalla altıncı sırada qərarlaşıb. "Şamaxı" isə 13 xalla yeddincidir. Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Kəpəz"i 2:0, "Qarabağ" "Səbail"i 3:0, "Neftçi" isə "Zirə"ni 2:1 hesabı ilə məğlub edib. "Turan Tovuz" - "Sabah" görüşü heç-heçə başa çatıb - 1:1.
Facebook-da paylaş