İstanbulda ümumilikdə 266 afterşok qeydə alınıb
İstanbulda dünən saat 12:49-da Mərmərə dənizində Silivri yaxınlığında baş verən 6,2 maqnitudalı zəlzələdən sonra aprelin 24-ə səhərə qədər 266 afterşok qeydə alınıb. Şəffaflıq.az Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Qurumu (AFAD) məlumat verib. "Bu gün saat 09:00-a qədər 266 afterşok qeydə alınıb - onlardan 258-i 0-dan 4-ə qədər maqnitudada, yeddisi 4-dən 5-ə qədər maqnitudada, biri isə 5-dən yuxarı maqnitudada olub", - məlumatda deyilir. Son məlumatlara görə, zəlzələ nəticəsində 236 nəfər xəsarət alıb.
Xəbəri paylaş
Facebook-da paylaş
