İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana səfər edəcək. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə "Azad İran" İranın Ticarət-Sənaye Palatasının sədr müavini Hüseyn Pirmoazzinə istinadən xəbər verir. Onun sözlərinə görə, İran Prezidentinin səfərindən əvvəl Bakıya Ərdəbil vilayəti və ölkənin şimal-qərb vilayətlərindən 110 özəl sektor nümayəndəsi və sahibkardan ibarət qrup yola düşəcək.
Xəbəri paylaş
Facebook-da paylaş
