Piastri Formula 1 üzrə Bəhreyn Qran Prisinin seçmə mərhələsinin qalibi olub
"McLaren"in avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsində - Bəhreyn Qran Prisinin seçmə mərhələsində qalib gəlib. Şəffaflıq.az-ın məlumatına görə, yarış "Saxır" dairəsində keçirilir. İkinci yerdə "Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel qərarlaşıb. İlk üçlüyü "Ferrari" komandasının sürücüsü olan moneqasklı Çarlz Lekler tamamlayıb. Qeyd edək ki, ikinci təsnifat sessiyası zamanı "Haas"ın fransalı pilotu Esteban Okon qəzaya düşüb. Əsas yarış aprelin 13-də Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.
Xəbəri paylaş
Facebook-da paylaş
