Azərbaycanın U-17 millisi Moldovada UEFA İnkişaf Turnirində iştirak edəcək
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovanın paytaxtı Kişinyovda UEFA İnkişaf Turnirində iştirak edəcək. Şəffaflıq.az xəbər verir ki, aprelin 13-dən 20-dək davam edəcək yarışda millimizlə yanaşı, Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundan ibarət komandaları mübarizə aparacaq. Yığma turnirə hazırlıq məqsədi ilə aprelin 9-dan 12-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesinə dəvət alan futbolçuların siyahısı və UEFA İnkişaf Turnirindəki oyunların təqvimini təqdim edirik: S. Ad / Soyad Klub 1 Rauf Əyyubov Sabah 2 Nurəziz Əzizov Neftçi 3 Kamil Həsənov Marcet (İspaniya) 4 Rəşad Gülüşov Vətən 5 Uğur Qurbanlı Qarabağ 6 Toğrul Mehdizadə Vətən 7 Səttar Tahirzadə Marcet (İspaniya) 8 Muhamməd Çodarov Marcet (İspaniya) 9 İsmayıl Səfərli Neftçi 10 Amin Rzayev Qarabağ 11 Sahib Xəlilli Neftçi 12 Allahverdi Şirinov Qəbələ 13 Nihad Cəfərzadə Sabah 14 Ramin Abiyev Neftçi 15 Sübhan Rzayev Qəbələ 16 Nihad Hüseynzadə Sabah 17 Adnan Bunyatov Marcet (İspaniya) 18 Əli Bəşirov Qarabağ 19 Onur Əliyev Qarabağ 20 Samir Şərifov Vətən 21 Pünhan Kərimov Marcet (İspaniya) 22 Nicat Kərimov Vətən 14 aprel 15:30. Moldova – Azərbaycan “Zimbru” stadionu 16 aprel 12:00. Azərbaycan – Gürcüstan Moldova Futbol Federasiyasının Texniki Mərkəzi 19 aprel 12:00. Estoniya – Azərbaycan Moldova Futbol Federasiyasının Texniki Mərkəzi Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
Facebook-da paylaş
