Əsas Səhifə > FUTBOL > Azərbaycanın U-17 millisi Moldovada UEFA İnkişaf Turnirində iştirak edəcək
Azərbaycanın U-17 millisi Moldovada UEFA İnkişaf Turnirində iştirak edəcək8-04-2025, 18:28 |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovanın paytaxtı Kişinyovda UEFA İnkişaf Turnirində iştirak edəcək. Şəffaflıq.az xəbər verir ki, aprelin 13-dən 20-dək davam edəcək yarışda millimizlə yanaşı, Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundan ibarət komandaları mübarizə aparacaq. Yığma turnirə hazırlıq məqsədi ilə aprelin 9-dan 12-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesinə dəvət alan futbolçuların siyahısı və UEFA İnkişaf Turnirindəki oyunların təqvimini təqdim edirik:
14 aprel 15:30. Moldova – Azərbaycan “Zimbru” stadionu 16 aprel 12:00. Azərbaycan – Gürcüstan Moldova Futbol Federasiyasının Texniki Mərkəzi 19 aprel 12:00. Estoniya – Azərbaycan Moldova Futbol Federasiyasının Texniki Mərkəzi Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib. Geri qayıt |