Türkiyədə icazəsiz aksiyalarda 1879 nəfər saxlanılıb, 260 nəfər həbs olunub


İstanbul Böyükşəhər Bələdiyyəsi haqqında başladılan korrupsiya və terrorla bağlı araşdırmalardan sonra keçirilən icazəsiz aksiyalarda indiyə kimi 1 879 nəfər saxlanılıb. Onlardan 260-ı həbs olunub.

Şəffaflıq.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

O bildirib ki, ölkədə əmin-amanlığa təhlükə yaradan proses başlayıb: “Xalqımızın qardaşlığına qarşı təxribat törədildi. Polislərimizə hücum edildi. Mənəvi dəyərlərimiz tapdalanıb. Ədalət məhkəmə zalında olur, küçədə deyil”.

Nazir qeyd edib ki, heç bir təbliğat həqiqətin qarşısını ala bilməz: “Türkiyə köklü demokratiyaya malik dövlətdir. Bizim demokratiya anlayışımız xalqın iradəsinə əsaslanır. Silahsız və hücumsuz bütün aksiyalara razıyıq. Bəs o daşlar, baltalar nədir?”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}