Rusiyalı fiqurlu konkisürən Veronika Jilina növbəti mövsümdən Azərbaycan millisinin heyətində mübarizə aparacaq.
Rusiyalı fiqurlu konkisürən Veronika Jilina növbəti mövsümdən Azərbaycan millisinin heyətində mübarizə aparacaq. Şəffaflıq.az xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib. Jilinanın 17 yaşı var və ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun yetirməsidir. Ötən mövsüm idmançı zədə səbəbindən yarışları buraxmaq məcburiyyətində qalıb. O, 2023-cü il Rusiya Gənclər Çempionatının gümüş mükafatçısı və 2023-cü ildə Gənclər arasında Qran Pri finalının qalibidir.
Xəbəri paylaş
Facebook-da paylaş
