Ərdoğan: Rusiyanın 30 günlük atəskəs təklifi ilə razılaşmasını müsbət qiymətləndiririk
Türkiyə Rusiyanın ABŞ-nin 30 günlük atəskəs təklifi ilə qismən razılaşmasını müsbət qiymətləndirir. Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib. O bildirib ki, bu, sülhə gedən yolda mühüm addım ola bilər. Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə müharibənin ilk günündən etibarən tərəflər arasında balanslı davranır: “Ədalətli sülhün yaxın zamanda təmin olunmasına ümid edirik”.
Xəbəri paylaş
Facebook-da paylaş
