Moskvada güclü yanğının söndürülməsinə helikopter cəlb olunub
Rusiyanın paytaxtı Moskvanın cənubunda yerləşən S.A.Lebedev adına Dəqiq Mexanika və Hesablama Mühəndisliyi İnstitutunun binasında yanğın baş verib, alovu söndürmək üçün əraziyə aviasiya cəlb olunub. Şəffaflıq.az xəbər verir ki, bu barədə “TASS”a fövqəladə hallar xidmətindən məlumat verilib. Qeyd olunub ki, yanğının sahəsi 1,5 min kv.m çatıb, yanan binanın dam örtüyü dağılıb, yanğın “yüksək mürəkkəblik” dərəcəsinə uyğun təsnifləşdirilib. Hadisə yerinə xilasedicilər, yanğınsöndürən qatarı və eyni zamanda “Ka-32 MAC” helikopteri cəlb olunub.
Xəbəri paylaş
Facebook-da paylaş
