Paris Hilton geyimlərini satır - pulunu onlara xərcləyəcək
Müğənni Paris Hilton Kaliforniyadakı meşə yanğınlarından zərər çəkənlərə kömək etmək üçün qarderobundakı geyim və aksessuarları satışa çıxarıb. Şəffaflıq.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "PageSix" məlumat yayıb. Hilton qarderobundan əşyaları satış üçün "Vestiaire Collective" platformasında yerləşdirib. Satışdan əldə olunan gəlir fəlakət zamanı evi yananlara kömək edən qeyri-kommersiya təşkilatına bağışlanacaq. Qeyd edək ki, Kaliforniyadakı dəhşətli meşə yanğınları zamanı Paris Hiltonun malikanəsi də yanmışdı.
Xəbəri paylaş
Facebook-da paylaş
