Əsas Səhifə > Şou-biznes > Paris Hilton geyimlərini satır - pulunu onlara xərcləyəcək

Paris Hilton geyimlərini satır - pulunu onlara xərcləyəcək


23-02-2025, 11:28


Müğənni Paris Hilton Kaliforniyadakı meşə yanğınlarından zərər çəkənlərə kömək etmək üçün qarderobundakı geyim və aksessuarları satışa çıxarıb.

Şəffaflıq.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "PageSix" məlumat yayıb.

Hilton qarderobundan əşyaları satış üçün "Vestiaire Collective" platformasında yerləşdirib. Satışdan əldə olunan gəlir fəlakət zamanı evi yananlara kömək edən qeyri-kommersiya təşkilatına bağışlanacaq.

Qeyd edək ki, Kaliforniyadakı dəhşətli meşə yanğınları zamanı Paris Hiltonun malikanəsi də yanmışdı.


Geri qayıt