ÖLMÜŞ ADAM-bir neçə gün bayram süfrəsi arxasında əyləşmiş vəziyyətdə qalıb.

Şəffaflıq.az RİA Novosti-yə istinadən xəbər verir ki,  Belarusun Vitebsk vilayətinin kəndlərindən birində qonağın cəsədi, bir neçə gün bayram süfrəsi arxasında əyləşmiş vəziyyətdə qalıb.
Yanvarın 8-də Çeressa kənd sakini polisə müraciət edərək ərinin bir neçə gün evə gəlmədiyini xəbər verib. Hüquq mühafizə orqanlarının əməkdaşları bu məlumatı yoxlayıb və itkin düşmüş şəxsi tapıblar. Onun cəsədi 30 dekabr 2019-cu ildə qonşuluqda gur keçən bir ziyafətin olduğu şənlik masasında stulda olub. Ölümün 6 yanvar gecəsinə təsadüf etdiyi bildirilib.
Məlumata görə, bir həftə ərzində Yeni il ziyafətinin keçirildiyi evin sahibi ilə onun qonşusu arasında münaqişə baş verib. Bu müddət ərzində ev sahibi qonağın başına odunla vurub. Özü də sərxoş olduğundan dostunun öldüyünün fərqində olmayıb. Bir gündən sonra onun stuldan tərpənmədiyini görəndə hiss edib ki, iş bitib. Polisə isə müraciət etməyə cürət etməyib. 
Müayinə nəticəsində 1969-cu il təvəllüdlü kişinin qapalı baş-beyin zədəsindən öldüyü ehtimal olunur. Təqsirləndirilən şəxsi 15 ilədək həbs gözləyir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}