Avropa liderləri Ukraynada qoşun yerləşdirilməsinin mümkünlüyünü müzakirə edəcəklər


Bu gün Parisdə keçiriləcək görüşdə Avropa liderləri Ukraynada gələcək atəşkəs xəttinin arxasında "dəstək" məqsədilə kontingentlərin yerləşdirilməsi mümkünlüyünü müzakirə edəcəklər.

Şəffaflıq.azTASS-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Rəsmilərdən biri qeyd edib ki, görüşə qədər alternativ variantlar yarana bilər. Onun sözlərinə görə, Almaniya sülhməramlı qüvvələrin göndərilməsi ideyasına ehtiyatla yanaşır.

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri fevralın 17-də Parisdə "gələcəkdə ABŞ-nin iştirak edib-etməməsindən" asılı olmayaraq, Avropanın müdafiə qabiliyyətinin təmin edilməsinə yönəlmiş konkret planları müzakirə edəcəklər.

Nəşr qeyd edib ki, Avropa İttifaqı ABŞ və Rusiyanın Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar aparmağa hazırlaşmasına təcili reaksiya verməyə çalışır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}