İrakli Kobaxidze: Avropa Demokratiya Fondunun fəaliyyətini dərindən araşdırmaq lazımdır.


Avropa Demokratiya Fondunun fəaliyyətini dərindən araşdırmaq lazımdır.

Şəffaflıq.az-ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dubayda jurnalistlərlə söhbətində deyib.

O bəyan edib ki, əvvəllər ABŞ tərəfindən maliyyələşdirilən proseslər bu gün əsasən Avropa maliyyəsi ilə həyata keçirilir:

“Avropa strukturlarından kimsə inqilabi prosesləri dəstəkləyə və maliyyələşdirə bilməz – biz buna qarşı çıxmalıyıq. Yaxın gələcəkdə şəffaflıq haqqında qanunvericiliyin daha da təkmilləşdirilməsini nəzərdə tutan yeni qanun layihəsi təqdim olunacaq”.

Onun sözlərinə görə, bu addım Gürcüstanın suverenliyinin möhkəmləndirilməsinə əlavə töhfə verəcək.

“Biz Avropa Demokratiya Fondunun fəaliyyətini dərindən araşdırmalıyıq, çünki bu fond inqilabi prosesləri və radikallaşmanı maliyyələşdirirdi. Bu, tamamilə qəbuledilməz bir praktikadır. Hər kəs, xüsusilə də Avropa İttifaqı, bizim müstəqilliyimizə və suverenliyimizə hörmət etməlidir”, – İ.Kobaxidze bildirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}