Şamaxı rayon birinci Çaylı kəndin də şəhid Kamil Səmədovun anım tədbiri keçirilib.-FOTO
Şamaxı rayon birinci Çaylı kənd şəhidlərindən olan Kamil Səmədovun Füzuli rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldiyi gündən 31 il ötür. O daima qəlbimizdə yaşayacaq və heç vaxt unudulmayacaq. Mərasimdə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.sonra məzarı ziyarət edilib,onun xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Mərasimdə çıxış edən natiqlər 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd ediblər. Onlar prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladıqlarını, onların göstərdikləri şücaətlərə görə qiymətləndirildiyini qeyd ediblər. Şəhidin qardaşı Məhərrəm Səmədov göstərdikləri diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyeva rayon rəhbərliyinə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.
Azərbaycan Ordusunun əsgəri olan Kamil Səmədov ərazi bütövliyinin azad edilməsi üçün başlanan birinci Qarabağ savaşında şəhid olub.
Səmədov Kamil Səmədpaşa oğlu 07.07.1975-ci ildə Şamaxı qəzasının birinci Çaylı kəndində anadan olmuş,Çaylı kənd orta məktəbi bitirmiş,1994-cü ilin fevral ayının 4 də Füzuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. birinci Çaylı kənd tam orta məktəbi şəhid K,Səmədovun adına verilmişdir. Cəmi 18 il 6 ay 24 gün ömür sürmüş şəhid qardaşımıza Allahdan rəhmət diləyirik, Qəbri nurla dolsun, məkanı cənnət olsun.
Çıxış edənlər şəhid K.Səmədovun göstərdiyi şücaətlərdən, qısa və şərəfli döyüş yollarından, onunla bağlı xatirələrindən danışıblar.
Facebook-da paylaş
![](http://tedbirler.az/ted1-660.gif)