Əsas Səhifə > Cəmiyyət / MANŞET > Şamaxı rayon birinci Çaylı kəndin də şəhid Kamil Səmədovun anım tədbiri keçirilib.-FOTO
Şamaxı rayon birinci Çaylı kəndin də şəhid Kamil Səmədovun anım tədbiri keçirilib.-FOTO4-02-2025, 20:10 |
Şamaxı rayon birinci Çaylı kəndində şəhid Kamil Səmədovun anım mərasimi keçirilib. Azərbaycan Ordusunun əsgəri olan Kamil Səmədov ərazi bütövliyinin azad edilməsi üçün başlanan birinci Qarabağ savaşında şəhid olub. Şəffaflıq.az xəbər verir ki, mərasimində K.Səmədov adına birinci Çaylı kənd tam orta məktəbin müəllim və şagirdləri şəhid ailələri, müharibə iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir öncə K.Səmədov adına birinci Çaylı kənd tam orta məktəbində başlayib. Şamaxı rayon birinci Çaylı kənd şəhidlərindən olan Kamil Səmədovun Füzuli rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldiyi gündən 31 il ötür. O daima qəlbimizdə yaşayacaq və heç vaxt unudulmayacaq. Mərasimdə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.sonra məzarı ziyarət edilib,onun xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Mərasimdə çıxış edən natiqlər 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd ediblər. Onlar prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladıqlarını, onların göstərdikləri şücaətlərə görə qiymətləndirildiyini qeyd ediblər. Şəhidin qardaşı Məhərrəm Səmədov göstərdikləri diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyeva rayon rəhbərliyinə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. Geri qayıt |