Əhməd əş-Şaranın Ərdoğanla müzakirə edəcəyi məsələlər açıqlanıb


Suriya keçid dövrünün prezidenti Əhməd əş-Şaranın bu gün Türkiyədə Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcəyi məsələlər açıqlanıb.

Şəffaflıq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara zirvəsində PKK-nın ləğvi, işğal altındakı neft və qaz quyularının mərkəzi administrasiyaya ötürülməsi, ABŞ qoşunlarının bölgədən çıxarılması, Türkiyənin mövcud bazalarının orduya təhvil verilməsi kimi məsələlər müzakirə mövzusu olacaq.

Əş-Şaranın Ərdoğanla bir çox ikitərəfli əməkdaşlıq sazişlərinə imza atacağı gözlənilir. Suriyanın yeni lideri Ərdoğanı rəsmi olaraq Dəməşqə dəvət edəcək.

Qeyd edək k, bu, Suriya dövlət başçısının 2011-ci ildən sonra Türkiyəyə ilk səfəridir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}