12 ildən sonra İstanbuldan Dəməşqə ilk uçuş həyata keçirilib
“Turkish Airlines” aviaşirkəti 12 illik fasilədən sonra Suriyaya ilk uçuşunu həyata keçirib. Yerli vaxtla saat 09:00-da İstanbuldan qalxan “Airbus A330” təyyarəsi saat 11:35 radələrində Dəməşq hava limanına eniş edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb. Suriyaya uçuşlar həftədə üç dəfə həyata keçiriləcək.
Xəbəri paylaş
Facebook-da paylaş