Əsas Səhifə > REGİON > 12 ildən sonra İstanbuldan Dəməşqə ilk uçuş həyata keçirilib

12 ildən sonra İstanbuldan Dəməşqə ilk uçuş həyata keçirilib


23-01-2025, 13:40


“Turkish Airlines” aviaşirkəti 12 illik fasilədən sonra Suriyaya ilk uçuşunu həyata keçirib. Yerli vaxtla saat 09:00-da İstanbuldan qalxan “Airbus A330” təyyarəsi saat 11:35 radələrində Dəməşq hava limanına eniş edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Suriyaya uçuşlar həftədə üç dəfə həyata keçiriləcək.


Geri qayıt