Direktor: Peşə təhsili sahəsində analoji platformalarının yaradılması sahəsində işlər görülür


Hazırda peşə təhsili sahəsində analoji platformalarının yaradılması sahəsində işlər görülür.

"Report" xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov "Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu" mövzusunda keçirilən müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, peşə təhsili inkişaf etməkdə olan iqtisadiyyatın tələblərinə uyğun kadr hazırlığı deməkdir:

"Kadr varsa deməli davamlılıq var. Peşə hazırlığına tələbə qəbulunda say artmaqda davam edir. 2020-ci ildən bəri bu sahədə 60 faizdən çox artım var. Misal olaraq, yeni istifadəyə verilən müəssisələrdə artıq yer yoxdur. Bu səbəbdən iki növbəli təhsilə keçmişik".

C.Kərəmov qeyd edib ki, 1 200-ə yaxın tələbə hazırda tikinti işləri üzrə təhsil alır:

"Fikrimcə bu say azdır və yeni ixtisaslar açmışıq. Bura interyer-dizayn, rəqəmsal tikinti, kran operatorluğu və s. aiddir. Təbii ki, siyahı daha da uzun ola bilər və olacaq".

Direktor vurğulayıb ki, peşə təhsilində adambaşı maliyyələşmə mexanizminə də keçid edilib.

O eyni zamanda xatırladıb ki, builki dövlət büdcəsindən peşə təhsili üçün 82.2 milyon manat vəsait ayrılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}