Əsas Səhifə > ELM VƏ TƏHSİL > Direktor: Peşə təhsili sahəsində analoji platformalarının yaradılması sahəsində işlər görülür
Direktor: Peşə təhsili sahəsində analoji platformalarının yaradılması sahəsində işlər görülürDünən, 10:40 |
Hazırda peşə təhsili sahəsində analoji platformalarının yaradılması sahəsində işlər görülür. "Report" xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov "Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu" mövzusunda keçirilən müzakirədə çıxışı zamanı deyib. Onun sözlərinə görə, peşə təhsili inkişaf etməkdə olan iqtisadiyyatın tələblərinə uyğun kadr hazırlığı deməkdir: "Kadr varsa deməli davamlılıq var. Peşə hazırlığına tələbə qəbulunda say artmaqda davam edir. 2020-ci ildən bəri bu sahədə 60 faizdən çox artım var. Misal olaraq, yeni istifadəyə verilən müəssisələrdə artıq yer yoxdur. Bu səbəbdən iki növbəli təhsilə keçmişik". C.Kərəmov qeyd edib ki, 1 200-ə yaxın tələbə hazırda tikinti işləri üzrə təhsil alır: "Fikrimcə bu say azdır və yeni ixtisaslar açmışıq. Bura interyer-dizayn, rəqəmsal tikinti, kran operatorluğu və s. aiddir. Təbii ki, siyahı daha da uzun ola bilər və olacaq". Direktor vurğulayıb ki, peşə təhsilində adambaşı maliyyələşmə mexanizminə də keçid edilib. O eyni zamanda xatırladıb ki, builki dövlət büdcəsindən peşə təhsili üçün 82.2 milyon manat vəsait ayrılıb. Geri qayıt |