Azərbaycan Basketbol Liqası: X turda bu gün daha üç görüş keçiriləcək


Azərbaycan Basketbol Liqasının X turunda bu gün daha üç oyun keçiriləcək.

Şəffaflıq.az xəbər verir ki, günün ilk qarşılaşması "Sərhədçi" İdman Mərkəzində "Sərhədçi" və NTD komandaları arasında baş tutacaq.

A qrupunun oyunu saat 12:30-da başlayacaq. "Sərhədçi" qrupda 13 xalla 4-cü pillədə qərarlaşıb. NTD isə 10 xalla sonuncu - 6-cıdır.

Digər iki qarşılaşma isə B qrupunda olacaq. "Lənkəran" evdə "Şəki"ni qəbul edəcək. Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq görüşün start fiti saat 14:00-da səsləndiriləcək. "Sərhədçi" İdman Mərkəzində daha bir görüş "Ordu" və "Quba" komandaları arasında keçiriləcək. Matç 16:30-da başlayacaq.

B qrupuna 15 xalla "Ordu" liderlik edir. "Şəki" 14 xalla üçüncü pillədə qərarlaşıb. "Quba" dördünücü, "Lənkəran" isə beşincidir. Hər iki komandanın 11 xalı var.

Qeyd edək ki, X turun daha əvvəl keçirilən görüşlərində "Abşeron" "Neftçi"yə 76:84 hesabı ilə məğlub olubsa, "Naxçıvan" "Sabah" üzərində qələbə qazanıb - 80:75.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}