FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib
Beynəlxalq Şahmat Federasiyası (FIDE) mərhum qrossmeyster Vüqar Həşimovun atası Qasım Həşimovun vəfatı ilə bağlı başsağlığı verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə FIDE-nin mətbuat xidməti məlumat yayıb. "Azərbaycanın əməkdar şahmat məşqçisi, mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov kədərli şəkildə dünyasını dəyişib. O, həmçinin Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinin rəhbəri vəzifəsində çalışıb. Onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - deyə paylaşımda bildirilib. Qeyd edək ki, Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndindəki fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. O, yanvarın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.
Facebook-da paylaş