Mamuka Mdinaradze: Müxalifət və keçmiş rejim Gürcüstana qarşı düşmənçilik edir


Müxalifət və keçmiş rejim Gürcüstana qarşı düşmənçilik edir, 2008-ci il müharibəsi ilə bağlı istintaqda hərbçilər hədəf olmayacaq.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu “Gürcü Arzusu” partiyasının icraçı katibi və parlamentin əksəriyyət lideri Mamuka Mdinaradze bu gün keçirilən mətbuat konfransında deyib.

O, müxalifət birliyinin Avropa Şurası Parlament Assambleyasının prezidenti və parlament fraksiyalarına Gürcüstanın parlament nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsi ilə bağlı müraciət etməsini kəskin tənqid edib. Partiyanın icraçı katibi bu addımı Gürcüstana qarşı təxribat adlandırıb.

"Bu, ölkənin xarici əlaqələrinə zərər vurmaq, Gürcüstanı mümkün qədər çətin vəziyyətə salmaq məqsədi güdür. İstəyirlər ki, ABŞ-də prezidentin andiçmə mərasimindən sonra Avropa strukturları və ABŞ ilə əlaqələr elə gərginləşsin ki, onların düzəldilməsi ya çox vaxt aparsın, ya da çətinləşsin. Bu, düşmənçilikdir”.

M.Mdinaradze əlavə edib ki, müxalifət nümayəndələri xarici qüvvələrin təzyiqi altında fəaliyyət göstərirlər:

"2008-ci il müharibəsi ilə bağlı istintaqın hədəfi hərbçilər olmayacaq. Müvəqqəti parlament araşdırma komissiyası 2008-ci il müharibəsi ilə bağlı istintaqının hədəfi hərbçilər və əsgərlər deyil. Komissiya yalnız rejimin vəzifəli şəxslərini və müharibə cinayətlərində ittiham oluna biləcək şəxsləri dindirəcək".

O, “Gürcü Arzusu” partiyasının hər zaman xaricdən gələn spekulyasiyalara qarşı hazır olduğunu vurğulayıb və keçmişdəki hadisələrin düzgün qiymətləndirilməsinin vacibliyini qeyd edib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}