Rusiyanın Orenburq vilayətinin Perevolosk rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb.
Rusiyanın Orenburq vilayətinin Perevolosk rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. "Perevolosk rayonunda M-5 “Ural” yolunun 361-ci kilometrində Perevolotski qəsəbəsi yaxınlığında Orenburqa gedən yolda iki minik avtomobilinin (“Toyota”, “Şkoda Fabia”) və “Skania” yük maşınının toqquşması barədə məlumat daxil olub. Qəza nəticəsində beş nəfər həlak olub”, – məlumatda deyilib. Qeyd olunub ki, Rusiya FHN əməkdaşları həlak olanların meyitlərini çıxarıblar. Qəza yerində ikitərəfli hərəkət təşkil edilib.
Xəbəri paylaş
Facebook-da paylaş