Türkiyə Ukraynadakı müharibənin başa çatması üçün addımların intensivləşdirilməsinin tərəfdarıdır.
Türkiyə Ukraynadakı müharibənin başa çatması üçün addımların intensivləşdirilməsinin tərəfdarıdır. Şəffaflıq.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Ankaradakı diplomatik mənbələr Türkiyə xarici işlər naziri Hakan Fidanın belçikalı həmkarı Bernard Kventinlə gözlənilən görüşü barədə danışarkən bildirib. Qeyd olunub ki, Ankara müharibənin diplomatik yolla həllinə dəstəyini davam etdirir. Mənbə həmçinin sülhə nail olmaq üçün danışıqlar prosesinin vacibliyini vurğulayıb. Bildirilib ki, bütün region və Avropa üçün vacib olan Suriyada sabitliyin təmin edilməsi üçün tarixi fürsət yaranıb. Məlumata görə, belçikalı nazirin yanvarın 2-də Türkiyəyə səfəri planlaşdırılır: “Gözlənilən danışıqlar zamanı Fidan Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında konstruktiv əməkdaşlığın vacibliyinə, həmçinin Ukraynadakı münaqişənin diplomatik kanallar vasitəsilə ədalətli və davamlı həllinin vacibliyinə diqqət çəkəcək”. Qeyd edək ki, bundan əvvəl Ankaradakı mənbə bildirib ki, Türkiyə hələ də İstanbulda Ukrayna üzrə danışıqların təşkili ilə bağlı tərəflərdən heç bir müraciət almayıb. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl savaşın 2025-ci ildə bitəcəyinə ümid etdiyini söyləyib.
Facebook-da paylaş