Mangistau vilayətinin prokuroru: Hələlik heç bir versiyanı irəli sürə bilmirik


Qazaxıstanın Mangistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev Astanada keçirilən brifinqdə AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasının səbəbləri ilə bağlı irəli sürülmüş versiyaları şərh edib.

Şəffaflıq.az xəbər verir ki, Ordabayev hazırda təyyarənin qəzaya uğramasının səbəblərinin dəqiqləşdirildiyini qeyd edib.

“Bəli, bu gün səhərdən bəri bir çox versiyalar irəli sürülür. İstintaq bir neçə ekspertiza təyin edib və hazırda nəticələr əldə olunana qədər nəsə deyə bilmərik. Bu gün biz və istintaq heç bir versiya (partlayışlar və ya quşlar haqqında) irəli sürmürük. Təyyarə Qazaxıstan ərazisində qəzaya uğrayıb və balonun partlaması aşkar faktdır”, – o, jurnalistin nüfuzlu media orqanlarının irəli sürdüyü təyyarəyə raket zərbəsinin endirilməsi versiyası ilə bağlı sualını cavablandırarkən deyib.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, o cümlədən 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı, həmçinin 5 ekipaj üzvü olub. İnsident nəticəsində 38 sərnişin ölüb, 3-ü uşaq olmaqla 29 nəfər sağ qalıb.

Prezident İlham Əliyevin sərəncamına əsasən, təyyarə qəzasında həlak olanların xatirəsinə 2024-cü il dekabrın 26-da Azərbaycanda matəm elan edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}