Rusiyanın Baş nazirinin müavinləri İrana səfər ediblər
Rusiyanın Baş nazirinin müavinləri Aleksey Overçuk və Vitali Savelyev İranın paytaxtı Tehrana səfərə gəliblər. Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Tehranda onları İran Prezidenti Məsud Pezeşkian qəbul edəcək. Bundan əlavə, onlar İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif, eləcə də yol və şəhərsalma naziri Fərzanə Sadeq ilə danışıqlar aparacaqlar.
Xəbəri paylaş
Facebook-da paylaş