Azərbaycan Tibb Universitetindən 35 tələbə qovuldu
Azərbaycan Tibb Universiteti (ATU) 35 əcnəbi tələbəni ali məktəbdən xaric edib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ATU-dan məlumat verilib.
Bildirilib ki, qərar Universitetin Rektoryanı Şurası tərəfindən çıxarılıb. Onlar universitetlə müqavilə şərtlərini pozduqlarına görə, konkret olaraq 2019\2020-ci tədris ili üçün müəyyən edilmiş təhsil haqqını ödəmədikləri üçün ATU-dan xaric ediliblər.
Bundan əlavə, təhsil haqqının tam ödənilməsi üçün 9 tələbəyə yanvarın 15-dək müddət verilib. Bu tələbələr indiyədək təhsil haqqının yalnız bir qismini ödəyiblər. /Yenisabah.az/
Xəbəri paylaş
Facebook-da paylaş