İranda altımərtəbəli bina tamamilə uçub
İranın cənubunda yerləşən Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərinin Zeytun-Karmandi rayonunda dekabrın 16-da gecə saatlarında 16 mənzilli altımərtəbəli bina tamamilə uçub. “Report” “İran İnternational”a istinadən xəbər verir ki, məlumatı Xuzistan Qızıl Aypara Cəmiyyətinin direktoru Vahid Şabani” yayıb. İtkilər barədə məlumat yayılmayıb. Məlumata görə, korrupsioner təşkilatların və səriştəsiz məmurların səhlənkarlığı ucbatından 16 ailə evsiz qalıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş