İmişli rayonunda şəkər çuğundurunun yığımı yekunlaşıb.
İmişli rayonunda şəkər çuğundurunun yığımı yekunlaşıb. Bu barədə "Report"un Muğan bürosuna İmişli Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu il rayonda 214.7 hektar sahədə şəkər çuğunduru əkilib. Sahələrdən 5 065, 64 ton məhsul əldə olunub. Orta məhsuldarlıq hər hektar üçün 23, 59 ton olub. Məlumata görə, ötən il rayonda sözügedən bitkinin əkini aparılmayıb. Qeyd edək ki, bu il məhsulun alış qiyməti artıb. Ötən il 16 faiz şəkərlilik dərəcəsi ilə məhsulun tonu 81 manat idisə, bu il 85 manatdır. Artan hər faiz şəkərlilik dərəcəsinə görə əlavə 4 manat da ödəniləcək. Eyni zamanda, şəkər çuğunduruna dövlət tərəfindən də dəstək olaraq hər ton məhsula 18 manat subsidiya ödənilir.
Facebook-da paylaş