Ermənistan və Türkiyə rəsmiləri sərhəddə görüşüb
Ermənistan və Türkiyə rəsmiləri sərhəddə görüş keçirib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistanın Ankara ilə danışıqlar üzrə xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan məlumat verib. O, görüşün nə vaxt keçirildiyini dəqiq açıqlamasa da, qarşı tərəflə müzakirələrin müsbət və konstruktiv atmosferdə keçdiyini bəyan edib. Tərəflər Ahurik-Akyaka dəmir yolu sərhəd keçidinin işə salınması ilə bağlı texniki detalları və nüansları müzakirə ediblər. Görüş və texniki qiymətləndirmə ilə bağlı razılıq Rubinyanla türkiyəli həmkarı Serdar Kılıç arasında iyulda sərhəddə, lakin başqa yerdə - Marqara keçid məntəqəsində baş tutan görüş zamanı əldə olunub.
Xəbəri paylaş
Facebook-da paylaş