”Öcalan həbsdən çıxsa, onu öldürtəcəm”


Milliyyətçi Hərəkət Partiyası (MHP) lideri Dövlət Baxçalının keçən aylarda səsləndirdiyi "Öcalan gəlsin, Məclisdə terror təşkilatının ləğv edildiyini ifadə etsin" açıqlamaları gündəmin isti mövzusu olaraq qalmaqdadır.

Milli.Az xəbər verir ki, Baxçalının İmralı ilə bağlı təklifinə Milliyyətçi Türkiyə Partiyası (MTP) lideri Ahmet Yılmaz sərt reaksiya verib. Birbaşa yayıma qatılan Yılmaz, PKK terror təşkilatının lideri Abdullah Öcalanın həbsdən çıxarılması müzakirələri ilə bağlı bu ifadələri işlədib:

"Öcalanı çıxartsınlar, öldürəcəyəm."

"Açıq deyirəm, öldürəcəyəm"

Yılmaz, mövzu ilə bağlı danışığında fikirlərini davam etdirərək deyib:

"Türk millətinin əsəbləri ilə oynanılır, ələ salınır. Bunu heç kim edə bilməz. Mən də dedim ki, 'Ev dustaqlığı ilə çıxarılsın, Məclisə gəlsin danışsın. O İmralıdakı şəxsi ev həbsinə çıxartsınlar, namus və şərəf sözüm olsun, ən yaxınındakı adamlardan biri ilə onu öldürəcəyəm.' Açıq şəkildə söylədim, bir daha təkrar edirəm. Bu gün toxuna bilməməyimizin və intiqam ala bilməməyimizin səbəbi onun qoruma altında olmasıdır. Çıxarsınlar həbsdən, xalqın arasına gətirsinlər, görək nə olur. Açıq deyirəm, çıxarsınlar, öldürəcəyəm."

MHP lideri Dövlət Baxçalı ilk olaraq 22 oktyabrda partiyasının qrup toplantısında belə demişdi:

"Abdullah Öcalan Məclisə gəlsin, DEM Partiya qrupunda danışsın. Terror təşkilatının ləğv edildiyini elan etsin."

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}