Bahar Muradova: Erkən nikahlarla bağlı istisna və güzəştlər aradan qaldırılıb
Erkən nikahlarla bağlı problem yaradan bütün məqamları aradan qaldırmışıq, artıq heç bir istisna, güzəşt yoxdur. "Report" xəbər verir ki, bunu Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda evlilik yaşı 18-dir, bundan daha tez evlilik hallarının baş verməməsi üçün müəyyən tədbirlər görülür: "Bununla bağlı müvafiq qurumlarla birgə fəaliyyət göstəririk. Biz də ümid edirik ki, insanlar zamanla qanunun bu sahə üzrə tələblərini rəhbər tutaraq addım atacaqlar".
Xəbəri paylaş
Facebook-da paylaş