Rüstəm Əliyev:“Quba” ilə görüşdə asan qələbə qazanacağımızı düşünürdüm.


"Ordu"nun basketbolçusu: “Quba” ilə oyunda asan qələbə qazanacağımızı düşünürdüm"

Şəffaflıq.az  xəbər verir ki, bunu "Ordu”nun basketbolçusu Rüstəm Əliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Kapitan Azərbaycan Basketbol Liqasının V turunda "Quba"ya məğlub olduqları oyun barəsində danışıb:

“Quba” ilə görüşdə asan qələbə qazanacağımızı düşünürdüm. Ancaq belə olmadı. Həm içəridən, həm də 3 xallıq atışlarda dəqiq oynaya bilmədik. Müdafiədə də pis təsir bağışladıq. Xüsusilə sürətli hücumlar üzərində işləyirik. Səhvlərimizi təhlil edirik ki, gələcək matçlarda belə halla qarşılaşmayaq".

O, VI turda üz-üzə gələcəkləri "Sumqayıt" görüşünün çətin keçəcəyini söyləyib:

“Sumqayıt”ı səfərdə məğlub etmişik. Amma bu qarşılaşma daha çətin olacaq. Onlar yeni oyunçularla gücləniblər, rotasiya imkanları artıb. Xüsusilə son matçları göstərir ki, komandada ab-hava dəyişib. Amma biz də meydana yalnız qələbə üçün çıxacağıq. Hazırda bütün diqqətimizi bu oyuna yönəltmişik".

Qeyd edək ki, "Ordu" yer aldığı B qrupunda 8 xalla ikinci sırada qərarlaşıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}