Gürcüstan Prezidenti seçkilərdən sonra etirazlara çağırıb
Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə sakinlərini bazar ertəsi Tbilisidə parlament binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz etməyə çağırıb. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, brifinqdə çıxış edən S.Zurabişvili aksiyanın dinc xarakter daşıyacağını qeyd edib. “Sabah axşam saat 7-də (Bakı vaxtı ilə saat 19:00-red) hamınızı Rustaveli prospektinə dəvət etmək istəyirəm ki, biz birlikdə dünyaya və özümüzə bu seçkiləri tanımadığımızı bəyan edək”.
Xəbəri paylaş
Facebook-da paylaş