TDT-nin Baş katibi Naxçıvan Sazişinin ildönümü ilə bağlı türk dünyasını təbrik edib


Türk Dövlətləri Təşkilatını (TDT) yaradan Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümünü fəxrlə qeyd edirik.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevin təbrikində deyilir.

O qeyd edib ki, 3 oktyabr həm də Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd olunur:

"Bu əlamətdar tarixdə mən böyük qürur hissi ilə bütün türk dünyasındakı qardaş və bacılarımıza ürəkdən təbriklərimi çatdırıram. Ortaq dilə, tarixə, ənənələrə əsaslanan birliyimiz ildən-ilə daha da möhkəmlənir. Türk Dövlətləri Təşkilatı qarşılıqlı fəaliyyətin 30 sahəsini əhatə etməklə genişlənərək, siyasi, iqtisadi, mədəni və təhsil, eləcə də sosial sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinin təməl daşına çevrilib".

Vurğulanbr ki, nəqliyyat, enerji, rəqəmsallaşma və iqlimlə mübarizə sahələrində əsas təşəbbüslər vasitəsilə TDT daha böyük uğurlara nail olmaq niyyətindədir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}